...

"Neftçi" - "Partizan" matçının hakimləri bəlli oldu

İdman Materials 19 Noyabr 2012 15:19 (UTC +04:00)
"Neftçi" futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya "Partizan"ı ilə Bakıda keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
"Neftçi" - "Partizan" matçının hakimləri bəlli oldu

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

"Neftçi" futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya "Partizan"ı ilə Bakıda keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, matçın baş hakimi Saymon Li Evans, onun köməkçiləri Edvard Kinq, Filip Tomas, dördüncü hakim Alun Boore, baş hakimin əlavə köməkçiləri isə Mark Stiven Vitbi və Brayn Markhem-Consdur.

Hakimlər briqadası Uelsdəndir.

Hakim-inspektor Rudolf Zavrl (Sloveniya), UEFA nümayəndəsi Günter Benkö (Avstriya) təyin olunub.

Qeyd edək ki, noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti