...

Millimizin rəqibləri müəyyənləşdi

İdman Materials 4 Dekabr 2012 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq millimiz, püşkün nəticəsinə əsasən, 2-ci qrupda Slovakiya, Bosniya və Herseqovina yığmaları, həmçinin ilkin seçmə mərhələnin F qrupunun qalibi ilə qarşılaşacaq.

İlkin seçmə mərhələnin F qrupunda Albaniya, Norveç, İsveçrə və Danimarka yığmaları mübarizə aparacaq.

Millimizin yer aldığı 2-ci qrupun oyunları 2013-cü il martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti