...

Yozef Blatter Azərbaycanı FIFA-nın mötəbər turnirlərinə ev sahibliyi etməyə çağırıb

İdman Materials 22 Yanvar 2013 13:09 (UTC +04:00)
AFFA-nın FIFA-ya dərhal məktubla müraciət edərək U-17 və U-20 futbol turnirlərini, ümumiyyətlə, FIFA təqvimində öz əksini tapmış istənilən yarışı keçirmək üçün öz namizədliklərini irəli sürməyi tövsiyə etmişəm.
Yozef Blatter Azərbaycanı FIFA-nın mötəbər turnirlərinə ev sahibliyi etməyə çağırıb

Azərbaycan, Bakı, 22 yanvar / Trend müxbir M.Əliyev/

AFFA-nın FIFA-ya dərhal məktubla müraciət edərək U-17 və U-20 futbol turnirlərini, ümumiyyətlə, FIFA təqvimində öz əksini tapmış istənilən yarışı keçirmək üçün öz namizədliklərini irəli sürməyi tövsiyə etmişəm. Trend-in məlumatına görə, bu barədə FIFA prezidenti Yozef Blatter affa.az saytına müsahibəsində deyib.

O qeyd edib ki, bütün növ turnirlər, həmçinin çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır.

"Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək səviyyədə təşkilatçılıqla üzləşəcəyik. FIFA olaraq, bunu bilmək bizim üçün çox önəmlidir. Azərbaycan dünyanın elə bir önəmli nöqtəsidir ki, burada müxtəlif mədəniyyətlər uzlaşır. Bilirsiniz ki, Azərbaycan sözün həqiqi mənasında tarixi mərkəzdə - mədəniyyətlərin qovuşağındadır və bu, futbol naminə çox faydalıdır. Çünki futbol hamı üçündür", - Blatter deyib.

FIFA prezidenti müsahibəsində bildirib ki, Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətlərdə inkişaf etməsi üçün çox faydalıdır.

"Təşkilati işlər mükəmməl səviyyədə təşkil olunmuşdu. Təşkilatçılar, söz verildiyi kimi, stadion tikib təhvil verdilər. Turnir gözəl keçirildi və Azərbaycan digər FIFA turnirlərini, eləcə də 2015-ci il Avropa Olimpiya oyunlarını keçirməyə hazırdır və ümumiyyətlə, Azərbaycan bu baxımdan düzgün yoldadır", - Blatter deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti