Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Madridin "Real" klubu Britaniyanın "Deloitte" auditor şirkətinin versiyasına görə ardıcıl səkkiz dəfə dünyanın ən gəlirli klubu olub. Trend-in məlumatına görə, bu barədə "Qardian" qəzeti yazır.
2011/12-ci il mövsümündə "Kral klubu"nun gəlirləri 512,6 milyon avro təşkil edib. Bununla da "Real" dünyada 500 milyonluq qiymət həddinin öhdəsindən gəlməyi bacaran bütün idman növləri üzrə birinci klub olub. Əlavə edək ki, "Real"a qədər bu titul səkkiz il ərzində "Mançester Yunayted"ə məxsus olub.
2011/12-ci il mövsümünün yekunları üzrə gəlirli futbol klublarının onluğu belədir:
1. "Real" - 512,6 milyon avro
2. "Barselona" - 483,0
3. "Mançester Yunayted" - 395,9
4. "Bavariya" - 368,4
5. "Çelsi" - 322,6
6. "Arsenal" - 290,3
7. "Mançester Siti " - 285,6
8. "Milan" - 256,9
9. "Liverpul" - 233,2
10. "Yuventus" - 195.4
Qeyd edək ki, il ərzində dünyanın ən çox gəlirə malik 20 klubunun ümumi gəlirləri 10 faiz (4,8 milyard avro) artıb. Reytinqdə ilk altı yer beş il dalbadal dəyişməz qalıb.