...

Anna Belyayeva bürünc medal qazandı (FOTO)

İdman Materials 22 Mart 2013 19:00 (UTC +04:00)
Xəbər verdiyimiz kimi, Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı keçirilir. Yarışların dördüncü günündə döşək üzərinə sərbəst güləş üzrə 84 kq, qadın güləşi üzrə isə 63 və 72 kq çəki dərəcəsində idmançılar çıxıb.
Anna Belyayeva bürünc medal qazandı (FOTO)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Xəbər verdiyimiz kimi, Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı keçirilir. Yarışların dördüncü günündə döşək üzərinə sərbəst güləş üzrə 84 kq, qadın güləşi üzrə isə 63 və 72 kq çəki dərəcəsində idmançılar çıxıb.

84 kq

1/8 final - İbrahim Aldatov (UKR) - Məhəmmədhacı Xatiyev (0:2, 4:1, 3:0)

63 kq

1/8 final - Henna Katarina Yohansson (SWE) - Anna Belyayeva (0:3, 0:6)

1/4 final - Anna Belyayeva - Anastasiya Qriqoryeva (LAT) (1:0, 0:6, 2:7)

Təsəlliverici görüş - Agoro Papavasileyu (GRE) - Anna Belyayeva (0:1, 0:2)

Bürünc medal görüşü - Anna Belyayeva - İrena Qarrido Qarsia (ESP) (4:0)

İlk olaraq İsveç təmsilçisi ilə qarşılaşan Anna Belyayeva tam üstünlüklə alib gəlib. İkinci görüşündə məğlub olan güləşçimiz rəqibi finala yüksəldiyindən təsəlliverici görüş keçirmək haqqı qazanıb. Yunanıstanlı rəqibini məğlub edən Anna Belyayeva bürünc medal qazanmaq şansını da əldən verməyib. İspaniya güləşçisini vaxtında əvvəl məğlubiyyyətə uğradan güləşçimiz komandamıza növbəti bürünc medalı qazandırıb.

72 kq

1/8 final - Səbirə Əliyeva (AZE) - Viktoria Ivanova Bobeva (BUL) (1:2, 1:0, 4:1)

1/4 final - Aqniezka Jadviqa Visçek-Kordus (POL) - Səbirə Əliyeva (3:0, 4:1)

Qeyd edək ki, yarışların beşinci günündə döşək üzərinə yunan-Roma güləşi üzrə 55, 60 və 96 kq çəki dərəcəsində idmançılar çıxacaq.

55 kq

1/8 final - Elçin Əliyev - Kristian Qazdaq (SRB)

60 kq

1/8 final - Kamran Məmmədov - Donior İslamov (MDA)

96 kq

1/16 final - Marius Hamlet Nielsen (NOR) - Şalva Qadabadze

Xəbər lenti

Xəbər lenti