Azərbaycan, Bakı, 30 mart /Trend/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da İqtisadi İnkişaf Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ulu öndərin 90 illik yubileyinə həsr olunmuş mini futbol turnirinə start verilib.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, həmçinin nazirlik əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən turnirdə İqtisadi İnkişaf Nazirliyinin Aparatı, strukturuna daxil olan və tabeliyindəki qurumlardan 15 komanda iştirak edir.
Turnirə mayın 4-də yekun vurulacaq.