Azərbaycan, Bakı, 25 aprel /Trend/
25-29 aprel tarixlərində Küveyt Dövlətində keçirilən I Asiya Sportinq (idman ovçuluğu) Küveyt Qran-prisi yarışında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayevin rəhbərliyi ilə ölkəmizin yığma komandası da iştirak edir.
Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, yarışlar kompakt-sportinq və böyük-sportinq üzrə iki mərhələdə keçirilir.
Nəticələrə görə mükafatlandırma mərasimi aprelin 29-da baş tutacaq.
Beynəlxalq Sportinq Federasiyasının (FITAS) prezidenti Jan Frasua da yarışla əlaqədar Küveytdə səfərdədir.