...

Azərbaycan boksçuları Ukraynadan 5 medalla qayıdırlar

İdman Materials 24 İyun 2013 15:47 (UTC +04:00)
Ukraynanın Berdıçev şəhərində Kliçko qardaşlarının şərəfinə gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub.
Azərbaycan boksçuları Ukraynadan 5 medalla qayıdırlar

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Ukraynanın Berdıçev şəhərində Kliçko qardaşlarının şərəfinə gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, sayca 14-cü dəfə keçirilən yarışda Azərbaycan milli komandası 1 gümüş və 4 bürünc medalın sahibi olub.

91 kq çəki dərəcəsində mübarizə aparan Sadıq Səmədov finala vəsiqə qazansa da, zədələndiyindən Qazaxıstan təmsilçisi Maqzan Bazarbaya qarşı döyüşə bilməyib.

81 kq çəki dərəcəsində hər iki bürünc medal Azərbaycana gəlib. Rahil Məmmədli və Emil Mövsümzadə turniri 3-cü yerdə başa vurublar.

Hidayət Musayev də (69 kq) bürünc medalla kifayətlənməli olub. Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov da yarımfinalda uduzaraq 3-cü yeri tutub.

Beləliklə, millimiz 1 gümüş və 4 bürünc medalla ümumkomanda hesabında 6-cı yeri tutub. Ukrayna 1-ci, ABŞ komandası isə 2-ci nəticə göstərib.

Xəbər lenti

Xəbər lenti