Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir E.Tanrıverdiyev/
Türkiyənin "Trabzonspor" klubu İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Floran Maludanı heyətinə qatıb. Bu barədə Trend Türkiyə KİV-nə istinadən məlumat verir.
Fransa yığmasının 33 yaşlı yarımmüdafiəçisi ötən gün özəl reyslə Türkiyəyə gəlib və "Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşüb.
Maluda bu gün "Trabzonspor" da tibbi müayinədən keçəcək.
Maluda ötən mövsüm İngiltərə çempionatında 26 oyunda meydana çıxıb, 3 qol ötürməsi verib və 2 dəfə də fərqlənib.