Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Bu gün futbol üzrə Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir.
Trend-in məlumatına görə, D qrupunda çıxış edən Türkiyə yığması səfərdə Rumıniya ilə qarşılaşıb. Matçda ilk qol qonaqlardan gəlib - Burak Yılmaz 22-ci dəqiqədə fərqlənib. Son dəqiqədə isə Mövlud Ərdinc 2-ci topu rəqib qapısından keçirib (0:2).
Beləliklə, Türkiyə millisi səfərdə çətin qələbə qazanaraq, DÇ-nin final mərhələsinə yüksəlmək şansını saxlayıb.
Qeyd edək ki, hazırda Türkiyə yığması qrupda 13 xalla Rumıniya ilə 3-4-cü yerləri bölüşür, 14 xalla Macarıstan ikinci, 22 xalla Niderland isə birinci yerdədir.