Azərbaycan, Bakı, 2 yanvar /Trend/
Kişilərdən ibarət voleybol yığmamız Böyük Britaniyaya yola düşüb.
Trend Azərbaycan Voleybol Federasiyasının saytına istinadən xəbər verir ki, Avropa çempionatının 1-ci seçmə mərhələsində mübarizə aparacaq millimiz Norveç və İngiltərə yığmaları ilə qarşılaşacaq.
Komandamız yanvarın 3-də Avropa Çempionatının 1-ci seçmə mərhələsində ilk olaraq Norveç millisi ilə, növbəti gün isə İgiltərənin gənclərdən ibarət yığma komandası ilə üz-üzə gələcək.
Bu mərhələdə birinci olan komanda növbəti - II mərhələyə vəsiqə qazanacaq. Növbəti mərhələ 24-27 aprel tarixlərində keçiriləcək.