...

"Qəbələ" Marat İzmaylovu heyətinə qatmaq istəyir

İdman Materials 30 Yanvar 2014 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycanın "Qəbələ" futbol klubu rusiyalı Marat İzmaylovu heyətinə qatmaq istəyir.

Trend klubun saytına istinadən məlumat verir ki, "Qəbələ" idman klubu peşəkar futbolçu M.İzmaylovun icarə əsasında kluba keçidi üçün Portuqaliyanın "Portu" komandası və futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan M.İzmaylov Rusiya millisinin heyətində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu əvvəlcə "Sportinq", daha sonra "Portu" klubunda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti