...

"Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinə yekun vurulub (FOTO)

İdman Materials 7 May 2014 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin final oyunu baş tutub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, final oyununda "Məşədi Dadaş" məscidi dini icmasının komandası ilə Sumqayıt "Cümə" məscidi dini icmasının komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 3:3 hesabı ilə bitib. Oyun sonrası penaltilərdə Sumqayıt "Cümə" məscidi dini icmasının komandası rəqibini üstələyərək turnirin qalibi olub.

Oyundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur.

G.İsmayılov qeyd edib ki, bu turnirin qalibi bütün komandalardır. Çünki burada qalib gələn tolerantlıqdır. Artıq ikinci ildir ki, keçirilən ənənvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Turnirin qaliblərinə medallar və turnirin kuboku təqdim edilib.

Qeyd edək ki, turnirdə ölkəmizdə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti