...

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi kommunikasiya üzrə yeni direktor təyin edib

İdman Materials 19 May 2014 13:04 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) bildirir ki, Vilyam Luis-Mari kommunikasiya üzrə direktor təyin olunub.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi kommunikasiya üzrə yeni direktor təyin edib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) bildirir ki, Vilyam Luis-Mari kommunikasiya üzrə direktor təyin olunub.

Trend-in məlumatına görə, V.Luis-Mari kütləvi informasiya vasitələrinin Avropa Oyunları haqqında məlumatlılıq səviyyəsinin və dünyanın hər tərəfində yarışların işıqlandırılması dərəcəsinin yüksəldilməsi məqsədilə Kommunikasiya şöbəsinə rəhbərlik etmək üçün BEGOC komandasına qoşulur.

Fransadan olan V.Luis-Mari keçmiş Olimpiya Oyunları və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) dünya çempionatına cəlb edilməsi daxil olmaqla bir sıra qurumlarda yüksək səviyyəli rəhbər təcrübəsinə malikdir.

O, BEGOC-a 160 ölkədə fəaliyyət göstərən proqressiv multi-media qrupu Trace TV-dən qoşulur. V.Luis-Mari Trace TV-də çempionlara həsr olunan təzə beynəlxalq kanal olan Trace Sports-un baş vitse-prezidenti vəzifəsini tutub.

V.Luis-Marinin BEGOC-a qoşulmasını alqışlayan Bakı 2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Vilyamın kommersiya sektorunda kommunikasiya sahəsində çox mükəmməl və geniş təcrübəsi var və o bizim kommunikasiya strategiyamıza və onun həyata keçirilməsinə rəhbərlik edəcəyinə görə biz onun təcrübəsindən istifadə etməliyik. Onun beynəlxalq nüfuzu və idmana məhəbbəti mövcud BEGOC komandasını çox gücləndirəcək və gələn ilin iyun ayında ilk Avropa Oyunlarının Bakı şəhərində uğurla keçirilməsinə töhfə verəcək".

V.Luis-Mari Trace TV-də London 2012 Olimpiya Oyunlarının layihə meneceri kimi xidmət göstərib, həmçinin Atlanta 1996 Olimpiya Oyunları və Fransa 1998 dünya çempionatında "Coca-Cola France" üçün kommunikasiya meneceri kimi işləyib.

Onun işlədiyi digər məşhur böyük idman qurumlarının sırasına Fransa Olimpiya Komitəsi, "Tour de France", Fransanın və beynəlxalq idman federasiyaları və çoxlu tanınmış idman markaları daxildir.

V.Luis-Mari deyib: "Ötüb Keçməli Bir İl tarixi 12 iyuna yaxınlaşdığına görə Bakı 2015 komandasına qoşulmaqdan ötrü bu gözəl imkandan istifadə etdiyim üçün çox şad və xoşbəxtəm. Belə bir istedadlı komandaya qoşulmaqdan qürur duyuram və bu qabaqcıl tədbir haqqında qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək edəcəyimə ümid bəsləyirəm. Biz Azərbaycanı elit idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də müasir və dinamik Avropa ölkəsi kimi nümayiş etdirmək istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan əhalisinin zövq alacağı idman bayramı olacaq".

V.Luis-Mari bu gün Bakıya gələcək, mayın 20-dən etibarən isə öz vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək. Oyunlarda idmançılar 16-sı Olimpiya, 3-ü isə qeyri-Olimpiya olmaqla ümumilikdə 19 idman növü üzrə mübarizə aparacaqlar. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir.

İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay olimpiadası üçün təsnifat imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti