...

Azərbaycan Beynəlxalq Bankı "IBA Cup" yeniyetmələr arasında III beynəlxalq futbol turnirini keçirəcək

İdman Materials 4 İyun 2014 12:39 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı artıq ənənəvi olaraq iyun ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyalarının təşkilati dəstəyi ilə U-14 yaş kateqoriyasında IBA Cup 2014 üçüncü beynəlxalq futbol turnirini keçirəcək.
Azərbaycan Beynəlxalq Bankı "IBA Cup" yeniyetmələr arasında III beynəlxalq futbol turnirini keçirəcək

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Beynəlxalq Bankı artıq ənənəvi olaraq iyun ayında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyalarının təşkilati dəstəyi ilə U-14 yaş kateqoriyasında IBA Cup 2014 üçüncü beynəlxalq futbol turnirini keçirəcək.

Bankdan Trend-ə verilən məlumata görə, ilk dəfə bu turnir 2012-ci ildə, Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilmişdir. Turnir gənc futbolcular üçün əsl idman bayramı olmuş və həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən böyük həvəslə qarşılanmışdır. 2012-ci ildən etibarən bu yarışmalarda artıq Avropanın tanınmış futbol klublarından 350-ə yaxın futbolçu iştirak etmişdir. Sözsüz ki, Azərbaycan gənc futbolçuları üçün bu yarışmalar müvafiq təçrübənin əldə etmək üçün gözəl şansdır. Azərbaycan Beynəlxalq Bankı daim gənclərin təhsil və idman inkişafına yönəlmiş tədbirlərə diqqət yetirir və onlara dəstək olur.

İBA-Cup-2014 yarışmalarında Almaniyanın "Eintracht", İspaniyanın "Villareal", Serbiyanın "Partizan" , İsveçin "Djurgardens IF", Türkiyənin "Beşiktaş", Rusiyanın "Rubin" və Ukraynanın "Karpaty" futbol klubları iştirak edəcəklər. Azərbaycan "İnter" Peşəkar Futbol Klubunun uşaq komandası tərəfindən təmsil ediləcəkdir.

"Bank gənclər üçün nəzərdə tutulan təhsil və idman tədbirlərinə daimi diqqət yetirir və onlara dəstək olur. Biz əminik bu, bu ölkənin gələcəyinə sərmayələrdir və bu kimi tədbirlərdə iştirak bizim gənc soydaşlarımızı növbəti nailiyyətlərə həvəsləndirəcək", - ABB-nin Strateji İnkişaf və Marketinq Departamentinin direktor müavini Anar Nəcəfli bildirib.

A.Nəcəfli deyib ki, bu kimi tədbirlər gənc soydaşlarımız üçün böyük bir stimuldu və sağlam düşüncəli yeni nəsilin böyüməsi üçün çox vacibdir: "İBA Cup artıq həm biz, təşkilatçılar, həm də iştirak edən gənc idmançılar üçün gözəl bir hadisə, bir futbol bayramına çevrilmişdır. Bu il biz turnirin başlanmasını böyük səbirsizliklə gözləyirik və iyun ayında futbol həvəskarlarını, bütün valideynləri övladları ilə birlikdə bu idman bayramına qatılmağa dəvət edirik!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti