...

Şamaxıda dünya çempionunun şərəfinə turnir keçiriləcək

İdman Materials 13 İyun 2014 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

14-15 iyun 2014-cü il tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlar hər gün saat 10.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi iyunun 14-də saat 16.00-da baş tutacaq.

Açılış mərasimindən sonra veteran güləşçilər arasında yoldaşlıq görüşü də təşkil olunacaq.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti