...

DÇ-2014: Belçika və Əlcəzair 1/8 finala adlayıblar

İdman Materials 27 İyun 2014 02:58 (UTC +04:00)
Belçika və Əlcəzair 1/8 finala adlayıblar
DÇ-2014: Belçika və Əlcəzair 1/8 finala adlayıblar

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bu gün DÇ-2014-ün qrup mərhələsinə yekun oyunlar keçirilir.

Trend-in məlumatına görə, keçiriləcək oyunlarda 1/8 finalın bütün iştirakçıları məlum olacaq.

H qrupunda Rusiya Əlcəzair ilə, Belçika isə Cənubi Koreya ilə qarşılaşıb.

Rusiya Əlcəzair matçı 1:1 hesabı bitib. Belçika-Cənubi Koreya qarşılaşması isə belçikalıların 1:0 qələbəsi ilə yekunlaşıb.

Beləliklə, 1/8 finala Belçika və Əlcəzair adlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti