...

Braziliyalı azarkeşlər "Biz hamımız Neymarıq" aksiyasına hazırlaşırlar

İdman Materials 8 İyul 2014 13:51 (UTC +04:00)
Braziliyalı azarkeşlər Neymara dəstək olmaq üçün qlobal flaşmob hazırlayırlar.
Braziliyalı azarkeşlər "Biz hamımız Neymarıq" aksiyasına hazırlaşırlar

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ulucay Akif/

Braziliyalı azarkeşlər Neymara dəstək olmaq üçün qlobal flaşmob hazırlayırlar.

Trend-in Braziliya KİV-nə istinadən verdiyi xəbərə görə, "Biz hamımız Neymarıq" aksiyası çərçivəsində azarkeşlər Almaniya ilə keçiriləcək yarımfinal oyununa Neymar maskaları ilə gələcəklər. Bununla onlar yerli komandanın hücumçusu Neymara dəstək olacaqlar.

Qeyd edək ki, braziliyalı ulduz 1/4 final mərhələsi çərçivəsində keçirilən Braziliya-Kolumbiya (2:1) oyununda rəqib müdafiəçi Xuan Kamilo Sunyiqo ilə toqquşma zamanı belindən zədələnmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti