...

Azərbaycanda keçirilən qolf üzrə beynəlxalq turnirin ilk mərhələsi başa çatıb

İdman Materials 1 Avqust 2014 10:50 (UTC +04:00)
Azərbaycanda keçirilən qolf üzrə beynəlxalq turnirin ilk mərhələsi başa çatıb.
Azərbaycanda keçirilən qolf üzrə beynəlxalq turnirin ilk mərhələsi başa çatıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycanda keçirilən qolf üzrə beynəlxalq turnirin ilk mərhələsi başa çatıb.

Azərbaycan Qolf Federasiyasından Trend-ə verilən məlumata görə, Qubada yerləşən Milli Qolf Klubunda keçirilən "Challenge Tour"un ilk mərhələsinə yekun vurulub.

Günün qəhrəmanı karyerası ərzində ilk dəfə iki iql atan Ceff Vinter olub. C.Vinter birinci yeri keçmiş həvəskar çempion Harrik Portos və fransız Eduard Espana ilə paylaşıb.

Qeyd edək ki, iyulun 31-dən avqustun 3-nə kimi Qubada Milli Qolf Klubunda keçiriləcək "Azerbaijan Challenge Open" turnirində 150-dən artıq gənc qolfçu iştirak edir. Onların arasında dünyanın tanınmış qolf ulduzları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti