...

Azad Rəhimov Dünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti ilə görüşüb (FOTO)

İdman Materials 30 Avqust 2014 16:10 (UTC +04:00)
Bu gün gənclər və idman naziri Azad Rəhimov ilə FIFA Çimərlik Futbolu Komitəsinin üzvü və BSWW-nin (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Xoan Kusko arasında görüş keçirilib. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.
Azad Rəhimov Dünya Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Bu gün gənclər və idman naziri Azad Rəhimov ilə FIFA Çimərlik Futbolu Komitəsinin üzvü və BSWW-nin (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Xoan Kusko arasında görüş keçirilib. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzinin də iştirak etdiyi görüşdə ölkəmizdə futbolun bu növünün inkişafı ilə bağlı görülən işlər müzakirə edilib. Qeyd olunub ki, 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında idman növlərindən biri də çimərlik futboludur və bu amil Azərbaycanda çimərlik futbolunun təbliği və inkişafına zəmin yaradacaq.

X.Kusko görüş üçün təşəkkür edib, çimərlik futbolunun Azərbaycanda qısa müddət ərzində inkişaf yolu keçdiyini bildirib, hazırda Bakıda keçirilən Çimərlik Futbolu üzrə Avropa Kuboku turnirinin yüksək səviyyədə təşkil olunduğunu deyib.

Bu gün gənclər və idman naziri A.Rəhimov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə də görüşüb. Görüşdə AFFA-nın baş katibi E.Məmmədov və Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti F.Novruzi iştirak ediblər.

A.Rəhimov 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə oyunların keçiriləcəyini xatırladaraq millimizin layiqli mübarizə aparacağına inandığını bildirib, komandaya uğurlar arzulayıb.

AÇFF-nin prezidenti F.Novruzi milli komandanın futbolkasını Azad Rəhimova hədiyyə edib.

Görüşün sonunda nazir millinin üzvləri ilə xatirə şəkli çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti