Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/
2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı məqsədilə, gənclər və idman naziri Azad Rəhimovun bu gündən başlayaraq Yunanıstanın Afina şəhərinə rəsmi səfəri başlayır. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbir zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək. Eyni zamanda, təbliğat və məlumat xarakterli materiallar paylanacaq.
Səfər sentyabrın 28-dək davam edəcək.