...

Azərbaycanın boks yığması Avropa birinciliyində tam heyətlə iştirak edir

İdman Materials 18 Oktyabr 2014 17:18 (UTC +04:00)
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start veriləcək. Yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq.
Azərbaycanın boks yığması Avropa birinciliyində tam heyətlə iştirak edir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start veriləcək. Yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq.

Trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, milli komandamız baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi altında turnirdə tam heyətlə təmsil olunacaq.

Millimizin heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələrin II Olimpiya oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91+kq) kimi təcrübəli boksçular var. Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq), Nurlan Nağıyev (60 kq), İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar. Yarışda ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edir. Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti