Azərbaycan, Bakı, 25 noyabr /Trend/
AFFA prezidentinin əmrinə əsasən, assosiasiyada Premyer Liqada çıxış edən klubların nümayəndələrinin iştirakı ilə Klublar Komitəsi yaradılacaq. Bu barədə Trend qurumun saytına istinadən məlumat verir.
Bununla əlaqədar olaraq baş katibliyə tapşırılır:
- Klublar Komitəsinin Əsasnaməsinin hazırlanması;
- Klublar Komitəsinin iş prinsipinin müəyyənləşməsi;
- Klublar Komitəsi Premyer Liqa klublarının nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.