...

Dünya Kubokunda 3-cü mərhələ başlayır

İdman Materials 17 Yanvar 2015 16:15 (UTC +04:00)
Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.
Dünya Kubokunda 3-cü mərhələ başlayır

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bu gün Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu - 3-cü mərhələsi start götürür.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, planetin 46 ölkəsindən olan idmançıların mübarizə aparacağı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.

İdmançılarımız bu gün 2 növdə çıxış edəcəklər. O.İsmayılova 200 metr məsafəyə sprint yarışlarında 32 nəfər arasında mükafat qazanmağa çalışacaq. S.Omelçenko isə 29 nəfərin çıxış edəcəyi keyrin növündə mübarizə aparacaq.

Dünya Kubokunun 3-cü mərhələsinə sabah yekun vurulacaq. Son yarış günü idmançılarımızdan yalnız O.İsmayılova çıxış edəcək - o, keyrin növündə medallar uğrunda yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti