...

Azərbaycanın futbol klubu çempionatdan kənarlaşdırıldı

İdman Materials 19 Fevral 2015 16:02 (UTC +04:00)
“Lokomotiv” futbol klubu çempionatdan kənarlaşdırılıb.
Azərbaycanın futbol klubu çempionatdan kənarlaşdırıldı

Azərbaycan, Bakı, 19 fevral /Trend/

"Lokomotiv" futbol klubu çempionatdan kənarlaşdırılıb.

Trend PFL-in saytına istinadən məlumat verir ki, "Lokomotiv" klubu 18 fevral 2015-ci il tarixində məktubla Peşəkar Futbol Liqasına müraciət edərək, fəaliyyətini dayandırmasını və növbəti turdan etibarən I divizionda çıxışını davam etdirməyəcəyini bildirib.

Bu səbəbdən də İntizam Komitəsinin 19 fevral 2015-ci il tarixli qərarını və klubun PFL-ə ünvanladığı məktubu nəzərə alaraq, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Lokomotiv" klubunun 2014/2015 mövsümündə I diviziondan kənarlaşdırılması haqqında əmr imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti