...

Xanım güləşçilərimiz Ukraynada 12 medal qazanıblar

İdman Materials 20 Fevral 2015 10:38 (UTC +04:00)
Yeniyetmə və gənc qızlardan ibarət güləş komandamız Ukraynada 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.
Xanım güləşçilərimiz Ukraynada 12 medal qazanıblar

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Yeniyetmə və gənc qızlardan ibarət güləş komandamız Ukraynada 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən yeniyetmə və gənc qızlardan ibarət yığma komandamız uğurlu çıxışı ilə yadda qalıb.

Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yeniyetmələrin yarışında mübarizə aparan qızlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Aynurə Camalova (40 kq) qızıl, Ülkər Babayeva (44 kq) və Leyla Qurbanova (51 kq) gümüş, Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) isə bürünc medala yiyələniblər.

Gənc qızlarımız isə böyük məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında yarışıblar. Gənc qızlar 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Anna Pavliv (48 kq) və Alyona Kolesnik (55 kq), gümüş medalları Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) qazandırıb. Sahilə Ələkbərova (44 kq), Arzu Əliyeva (51 kq) və Dərya Korin (59 kq) isə bürünc medalla kifayətləniblər.

Beləliklə, yeniyetmə və gənc qızlardan ibarət yığmamız ümumilikdə 3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti