...

Millimiz Andorranı darmadağın etdi

İdman Materials 20 Fevral 2015 10:50 (UTC +04:00)
Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Millimiz Andorranı darmadağın etdi

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Trend AFFA-ya istinadən məlumat verir ki, Andorranın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb.

Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə 1 dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti