...

Prosineçkinin ilk cəhdi

İdman Materials 24 Fevral 2015 19:58 (UTC +04:00)
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi yoxlama oyunu keçirib.
Prosineçkinin ilk cəhdi

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan millisi yoxlama oyunu keçirib.

Trend-in məlumatına görə, komandamız bu il ilk matçında Ukraynanın "Şaxtyor" klubu ilə qarşılaşıb.

Hesabı ukraynalılar açıb: 37-ci dəqiqədə Duqlas Koşta fərqlənib. 6 dəqiqə sonra millimizin futbolçusu Namiq Ələsgərov hesabı bərabərləşdirib. Lakin 66-cı dəqiqədə İsmailinin vurduğu qol donetskli futbolçulara qələbə gətirib - 1:2.

Qeyd edək ki, bu, komandamızın baş məşqçisi Robert Prosineçkinin millimizdə ilk oyunu idi.

Xəbər lenti

Xəbər lenti