...

"Barselona" və "Yuventus" Çempionlar Liqasının 1/4 finalında

İdman Materials 19 Mart 2015 02:15 (UTC +04:00)
"Barselona" Çempionlar Liqasının 1/8 final oyunları çərçivəsində "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəldi. "Yuventus" isə "Borussiya Dortmund"un qapısına üç cavabsız top vurmağa 1/4 finala vəsiqə qazandı.
"Barselona" və "Yuventus" Çempionlar Liqasının 1/4 finalında

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Barselona" Çempionlar Liqasının 1/8 final oyunu çərçivəsində "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəldi. "Yuventus" isə "Borussiya Dortmund"un qapısına üç cavabsız top vurmağla 1/4 finala vəsiqə qazandı.

"Barselona" və "Mançester Siti" arasında keçirilən gərgin oyun 1:0 hesabı ilə bitdi. Hesabı Barselonanın yarım müdafiyəçisi İvan Rakitiç matçın 31 dəqiqəsində açdı, vurulmuş qol matçda yeganə oldu. Qeyd edək ki, komandalar arasında keçirilən birinci görüş 2:1 hesabı ilə bitmişdir.

"Yuventus" səfərdə çətinlik çəkmədən "Borussiya"ya qalib gəldi. Karlos Tevez 3-cü və 79-cu, Alvaro Morata isə oyunun 70-ci dəqiqəsində fərqlənmişdir.

Qeyd edək ki, püşk atma mərasimi 20 mart 2015 tarixində keçiriləcək. Birinci oyunlar aprelin 14 və 15, cavab qarşılaşmalar - 21 və 22 aprel tarixlərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti