...

Prosineçki Malta ilə oyuna "Neftçi"dən bir oyunçu belə çağırmadı

İdman Materials 19 Mart 2015 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə qarşılaşacaq Azəbaycan milli komandasının heyəti açıqlanıb. Bu barədə Trend AFFA-nın saytına istinadən məlumat yayıb.

Prosineçki millimizdəki rəsmi debüt oyunu üçün 24 futbolçuya dəvət göndərib. Maraqlıdır ki, həmin oyunçular arasında "Neftçi"dən bir nəfər belə yoxdur.

Qapıçılar: Kamran Ağayev ("Kayserispor", Türkiyə), Səlahət Ağayev ("İnter"), Andrey Popoviç ("Sumqayıt")

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Ruslan Abışov ("Qəbələ"), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi "İnter"), Mahir Şükürov ("Karşıyaka", Türkiyə)

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov, Cavid Tağıyev (hamısı "Qarabağ"), Cavid Hüseynov ("Qəbələ"), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı "İnter"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Dmitri Nazarov ("Karlsrue", Almaniya)

Hücumçular: Eddi İsrafilov ("Qranada", İspaniya), Ruslan Qurbanov ("Hayduk", Xorvatiya), , Məhəmməd Qurbanov ("Sumqayıt"), Vaqif Cavadov ("Boluspor", Türkiyə), Vüqar Nadirov ("Qarabağ").

Məqalədə:
Xəbər lenti

Xəbər lenti