Azərbaycan, Bakı, 19 mart /Trend/
Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda II qrupun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan yığması bu gün qrupda ikinci matçına çıxıb. Millimiz Portuqaliya yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Serbiya isə eyni hesabla Xorvatiyaya məğlub olub - 0:3.
Qeyd edək ki, qrupun ilk oyununda Xorvatiya ilə qarşılaşan millimiz 0:4 hesabı ilə uduzmuşdu. Portuqaliya isə Serbiya ilə qolsuz heç-heçə etmişdi.