...

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib (FOTO)

İdman Materials 14 Aprel 2015 11:31 (UTC +04:00)
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub.
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib. Trend-in məlumatına görə, hava limanında qonağı ShamkirChess 2015 turnirinin təşkilatçısı Synergy Group-un rəsmiləri qarşılayıb. Məşhur şahmatçı bu gün səhər Gəncəyə, orada isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi norveçli Maqnus Karlsen olub.

Synergy Group ASC-nin təşkilatçılığı ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti