...

Vladimir Kramnik üzrxahlıq etdi

İdman Materials 23 Aprel 2015 19:21 (UTC +04:00)
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.
Vladimir Kramnik üzrxahlıq etdi

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.

Trend-in məlumatına görə, rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib. V.Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.

V.Kramnik Synergy Group-un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti