...

"Bakı" Premyer Liqadan əlini üzdü

İdman Materials 14 İyul 2015 15:43 (UTC +04:00)
AFFA prezidenti Rövnəq Abdullayev "Bakı" futbol klubunun Premyer Liqada qalıb-qalmaması məsələsinə münasibət bildirib.
"Bakı" Premyer Liqadan əlini üzdü

Azərbaycan, Bakı, 14 iyul /Trend/

AFFA prezidenti Rövnəq Abdullayev "Bakı" futbol klubunun Premyer Liqada qalıb-qalmaması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, R.Abdullayev jurnalistlərə bildirib ki, "Bakı" futbol klubu I divizionda oynayacaq: "AFFA-nın öz reqlamenti var. "Bakı" I divizionda oynayacaq".

O, əlavə edib ki, futbolun inkişafına dair Dövlət Proqramı 2015-ci ildə başa çatıb: "Yeni dövlət proqramı hazırlanır. Məqsədimiz Azərbaycan millisinin 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti