...

Di Mariya tarixə düşdü

İdman Materials 6 Avqust 2015 21:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Anhel Di Mariya dünya futbolu tarixində ən bahalı oyunçu adını qazandı. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ən bahalı futbolçuların reytinqi hazırlanarkən oyunçunun bütün transferlərinin ümumi dəyəri nəzərə alınıb.

Belə ki, argentinalı 63 milyon avro qarşılığında "Mançester Yunayted"dən PSJ-yə transfer edilib. O, bir il əvvəl Madrid "Real"ından Mançester təmsilçisinə 75 milyon dollara satılmışdı.

Madridlilər isə öz növbəsində 27 yaşlı futbolçu üçün "Benfika"ya 36 milyon avro ödəmişdi. Portuqaliya təmilçisi 2007-ci ildə futbolçunun keçidi üçün onun ilk klubu olan "Rosario Sentral"a 3 milyon avro vermişdi. Bununla Di Mariyanın transferlərinin ümumi dəyəri hazırda 177 milyon avro təşkil edir.

O, bahalı futbolçuların reytinqində Zlatan İbrahimoviç (172,8 milyon) və Xames Rodrigesi (132,63 milyon) qabaqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti