...

Bakının "Lokomotiv"i Çempionlar Liqasında qələbə qazandı

İdman Materials 11 Noyabr 2015 20:15 (UTC +04:00)
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında Azərbaycan komandaları qarşılaşıb.
Bakının "Lokomotiv"i Çempionlar Liqasında qələbə qazandı

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında Azərbaycan komandaları qarşılaşıb.

Trend-in məlumatına görə, "Lokomotiv" "Azərreyl"i qəbul edib.

Görüşün ilk setində "Lokomotiv" üstün olub - 25:14. İkinci setdə "Azərreyl" irəli çıxıb - 25:22.

Üçüncü və dördüncü setlər isə "Lokomotiv"in xeyrinə başa çatıb - 25:21.

Beləliklə, "Lokomotiv" 3:1 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti