...

"Lokomotiv" alman voleybolçuları məyus etdi

İdman Materials 25 Noyabr 2015 19:31 (UTC +04:00)
Bu gün Çempionlar Liqasının üçüncü turu çərçivəsində növbəti oyunlar keçirilir.
"Lokomotiv" alman voleybolçuları məyus etdi

Bakı. Trend:

Bu gün Çempionlar Liqasının üçüncü turu çərçivəsində növbəti oyunlar keçirilir.

Trend-in məlumatına görə, Bakının qadın voleybolçulardan ibarət "Lokomotiv" komandası Almaniyanın "Alyans Ştutqart" klubunu qəbul edib.

Görüş təmsilçimizin 3:0 hesablı (25:18, 25:17, 25:18) qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "A" qrupunda mübarizə aparan "Lokomotiv" ilk görüşdə "Dinamo Kazan"a 1:3 hesabı ilə məğlub olmuş, Bakının digər komandası - "Azərreyl"ə isə 3:1 hesabı ilə qalib gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti