Bakı. Trend:
Qadın voleybolçulardan ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, "A" qrupunda mübarizə aparan Bakının "Lokomotiv" klubu digər təmsilçimiz "Azərreyl" komandasını qəbul edib.
Görüşün ilk hissəsi "Azərreyl"in 25:21 hesablı qələbəsi ilə başa çatıb. "Lokomotiv" ikinci hissədə dönüş edə bilib - 25:22. Üçüncü və dördüncü setlərdə də "Lokomotiv" üstün olub - 25:15, 25:14.
Beləliklə, "Lokomotiv" qrupda ikinci yeri tutaraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.