...

Baş məşqçi: Azərbaycan gimnastika üzrə Dünya Kubokundan yalnız yaxşı nəticələr gözləyir (FOTO)

İdman Materials 15 Fevral 2016 13:56 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokundan həmişəki kimi yalnız yaxşı nəticələr gözləyirik.
Baş məşqçi: Azərbaycan gimnastika üzrə Dünya Kubokundan yalnız yaxşı nəticələr gözləyir (FOTO)

Bakı. Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokundan həmişəki kimi yalnız yaxşı nəticələr gözləyirik. Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycanın qadın idman gimnastikasının baş məşqçisi Nina Pravdina deyib.

Onun sözlərinə görə, hazırda gimnastlar 70-80 faiz hazırdırlar: "Lakin bizi qarşıda hələ əsas həftə gözləyir. Həmin həftə yarışlara hazırlıq baxımından ən gərgin olacaq. Buna görə də Kuboka yaxşı formada çatmağa çalışırıq. Qızların kiçik zədələri var, lakin dözürük, müalicə alırıq və işləyirik".

O, Milli Gimnastika Arenasının Kuboka çox gözəl hazırlaşmasını vurğulayıb: "Hazırlıq gücləndirilmiş tepmlə gedir və çox maraqlı olacaq. Açılış hissəsi ən yaxşılarından biri olacaq. Ümumilikdə isə bu, Dünya Kubokunun ən yaxşı mərhələsi olacaq. Çünki mənə elə gəlir ki, heç kəs Azərbaycandan yaxşı keçirməyib. Burada hər şeyə yüksək səviyyədə hazırlaşılır".

Baş məşqçi əlavə edib ki, gimnastlar proqramlarını çətinləşdiriblər: "Qollarda və tirdə əlavələrimiz var, hələ sərbəst tapşırıqlarda düzəliş etmək lazımdır, lakin onlar köhnə proqram üzrə olacaq. Dünya Kubokunda komanda hesabı olmayacaq. Marina Nekrasova çoxnövçülükdə, Yuliya İnşina 3 növdə - qollar, tir və sərbəst tapşırıq, Mariya Smirnova isə təkanla tullanmada çıxacaq".

O əlavə edib ki, qarşıda azərbaycanlı gimnastları Dünya Kubokunun daha bir mərhələsi, Rio-de-Janeyroda sınaq turniri və Avropa çempionatı gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti