Bakı. Trend:
Premyer Liqanın XXII turunun oyun cədvəli müəyyənləşib.
Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, turun görüşləri 3 gün ərzində reallaşacaq.
19 fevral (cümə)
"İnter" - "Kəpəz"
"İnter Arena", 15:00
20 fevral (şənbə)
"Sumqayıt" - AZAL
"Kapital Bank Arena", 15:00
"Qarabağ" - "Neftçi"
"Azərsun Arena", 17:30
21 fevral (bazar)
"Xəzər Lənkəran" - "Zirə"
"Xəzər Lənkəran" mərkəzi stadionu, 14:00
"Rəvan" - "Qəbələ"
"Bayıl Arena", 16:30
Qeyd edək ki, turun bütün oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.