...

Bakıda Dünya Kubokunun iştirakçısı olan gimnastların podium məşqləri (FOTO)

İdman Materials 18 Fevral 2016 17:48 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçısı olan idmançıların podium məşqləri başlayıb.
Bakıda Dünya Kubokunun iştirakçısı olan gimnastların podium məşqləri (FOTO)

Bakı. Trend:

Bu gün Milli Gimnastika Arenasında Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun iştirakçısı olan idmançıların podium məşqləri başlayıb.

Qeyd edək ki, Dünya Kuboku fevralın 19-21-də Bakıda keçiriləcək.

Milli Gimnastika Arenası (MGA) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) müvafiq xidmət sahələri 19 ölkədən olan iştrakçıları qəbul etməyə hazırlaşır.

Dünya Kuboku - ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini - Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin prezidenti və Olimpiya çempionu Nelli Kim (Belarus) də səfər edəcək.

Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.

Trend məşqlərdən fotoreportajı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti