...

Arşavin Qazaxıstanın "Kayrat" klubu ilə müqavilə imzaladı

İdman Materials 18 Mart 2016 13:46 (UTC +04:00)
Qazaxıstanın "Kayrat" futbol klubu Rusiya yığmasının keçmiş kapitanı Andrey Arşavin ilə saziş imzalayıb.
Arşavin Qazaxıstanın "Kayrat" klubu ilə müqavilə imzaladı

Bakı. Elçin Hüseynov - Trend:

Qazaxıstanın "Kayrat" futbol klubu Rusiya yığmasının keçmiş kapitanı Andrey Arşavin ilə saziş imzalayıb. Bu barədə Trend "Kayrat" klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Müqavilə 12 ay uzatma hüquqi ilə illik müddətə imzalanıb. Futbolçu 28 nömrəli forma ilə çıxış edəcək.

A.Arşavin fevralın 26-dan artıq Qazaxıstandadır və "Kayrat" klubunun futbolçuları ilə məşq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti