...

“Qarabağ” dördüncü çempionluğu rəsmiləşdirdi

İdman Materials 1 May 2016 22:17 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Topaz Premyer Liqada 32-ci tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə "Qarabağ" Azərbaycan çempionu adını rəsmiləşdirib. Qurban Qurbanovun komandası səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2013, 2014 və 2015-ci illərdə Azərbaycan çempionatının qalibi olub.

Xəbər lenti

Xəbər lenti