...

"Xəzər Lənkəran" dayandı

İdman Materials 27 May 2016 16:30 (UTC +04:00)
“Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilib.
"Xəzər Lənkəran" dayandı

Bakı. Trend:

"Xəzər Lənkəran" futbol klubunun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə klub rəhbərliyinin iclası keçirilib.

Trend klubun saytına istinadən məlumat verir ki, iclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.

İclasın yekununda qərara alınıb ki, "Xəzər Lənkəran" futbol klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün "Xəzər Lənkəran" FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.

Qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi, klub Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. "Xəzər Lənkəran" FK öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti