...

Türkiyənin Avro-2016 üçün heyəti açıqlandı

İdman Materials 31 May 2016 18:45 (UTC +04:00)
Türkiyə yığmasının Avro-2016-nın final mərhələsi üçün heyəti açıqlanıb.
Türkiyənin Avro-2016 üçün heyəti açıqlandı

Bakı. Trend:

Türkiyə yığmasının Avro-2016-nın final mərhələsi üçün heyəti açıqlanıb.

Trend-in Türkiyə Futbol Federasiyasına istinadən verdiyi məlumata görə, baş məşqçi Fatih Terim Avropa çempionatına aparacağı 23 futbolçunu müəyyənləşdirib.

Qapıçılar: Volkan Babacan ("Medipol Başakşehir"), Onur Recep Kıvrak ("Trabzonspor"), Harun Tekin ("Bursaspor")

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı (hər ikisi "Fənərbağça"), Hakan Balta ("Qalatasaray"), Caner Erkin ("Fənərbağça"), İsmayıl Köybaşı ("Beşiktaş"), Semih Kaya ("Qalatasaray"), Ahmet Çalık ("Gənclərbirliyi")

Yarımmüdafiəçilər: Mehmet Topal ("Fənərbağça"), Selçuk İnan ("Qalatasaray"), Ozan Tufan ("Fənərbağça"), Oğuzhan Özyakup ("Beşiktaş"), Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), Nuri Şahin ("Borussiya" Dortmund), Arda Turan ("Barselona"), Olcay Şahan ("Beşiktaş"), Volkan Şen ("Fənərbağça"), Emre Mor ("Nordsyaelland"),

Hücumçular: Burak Yılmaz ("Pekin Qoan"), Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Mayns")

Xatırladaq ki, Türkiyə D qrupunda İspaniya, Çexiya və Xorvatiya ilə mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti