...

Ronaldo Superkubok oyununu buraxacaq

İdman Materials 12 İyul 2016 11:11 (UTC +04:00)
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Avropa Superkuboku uğrunda İspaniyanın "Sevilya" komandası ilə avqustun 9-da keçiriləcək görüşdə çox güman ki, oynamayacaq.
Ronaldo Superkubok oyununu buraxacaq

Bakı. Elçin Hüseynov - Trend:

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Avropa Superkuboku uğrunda İspaniyanın "Sevilya" komandası ilə avqustun 9-da keçiriləcək görüşdə çox güman ki, oynamayacaq. Bu barədə Trend İspaniyanın "As" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, K.Ronaldo Avropa çempionatının final oyununda ciddi zədə alıb. Portuqaliyanın hücümçusu Fransa ilə oyunun birinci hissəsində əvəz edilib. İlkin məlumatlara görə, məşhur oyunçunun sol diz vətəri zədələnib.

"As" qeyd edir ki, belə zədələrin bərpa prosesi adətən 6-8 həftə çəkir və "Real"ın baş məşqçisi Zinəddin Zidan komanda liderinin səhhəti ilə risq etməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti