Bakı. Maksim Tsurkov - Trend:
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda 5 lent, 3 cüt gürz və 2 halqa ilə qrup hərəkətləri üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin üzvü Daniela Dellekyai, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü və yarışların əlaqələndiricisi Nurlana Məmmədzadə iştirak ediblər.
Həmçinin cari ilin Dünya Kubokunun doqquz mərhələsində göstərilmiş ən yaxşı 4 nəticənin yekunları üzrə FIG Kuboku tədim edilib. 5 lent, 3 cüt gürz və 2 halqa ilə qrup hərəkətləri üzrə kuboku Rusiya və Belarus yığmaları qazanıb.
Rusiya yığmasına mükafatı FIG-nin Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana təqdim edib.
Belarus yığması qiyabi mükafatlandırılıb.