...

Rio-de-Janeyroda idmançılarımız mükafatlandırılıb (FOTO)

İdman Materials 10 Avqust 2016 10:28 (UTC +04:00)
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış Azərbaycan idmançıları Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılma mərasimi keçirilib.
Rio-de-Janeyroda idmançılarımız mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış Azərbaycan idmançıları Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

S.Məmmədova bildirib ki, mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər.

Azərbaycan Olimpiadada ilk medalını qazandı

Azərbaycan Olimpiadada ilk medalını qazandı

İ.Mədətov deyib ki, R.Orucovun medal qazanması digər idmançılar üçün də stimul olub, onlara qələbə əzminin artmasında çox böyük ruh yüksəkliyi verib.

Sonra İ.Mədətov R.Orucova və O.Səfərova Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və Rio-2016 təşkilat komitəsinin sədri Karlos Vuzmanın imzaladığı sertifikatları təqdim edib.

R.Orucova gümüş medal qazanması münasibətilə Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyəsi də təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti