Bakı. Trend:
Türkiyənin "Qalatasaray" futbol klubunun yeni baş məşqçisi İqor Tudorla 1,5 illik müqavilə imzalanıb.
Trend-in məlumatına görə, razılığa əsasən xorvatiyalı İ.Tudor 150 min avro ödəniş qarşılığında vaxtından əvvəl "Karabükspor" komandasından ayrılaraq İstanbul klubuna gəlir.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ı holland mütəxəssis Yan Olde Rikerink çalışdırırdı.