...

Rusiyalı gimnast: Hər şey sadəcə möhtəşəm idi

İdman Materials 19 Fevral 2017 15:08 (UTC +04:00)
"Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mənim üçün çox uğurlu oldu".
Rusiyalı gimnast: Hər şey sadəcə möhtəşəm idi

Bakı. Ənvər Məmmədov - Trend:

"Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mənim üçün çox uğurlu oldu".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dünya Kubokunun qalibi Anna Korobeynikova deyib.

Rusiyalı gimnast medal qazandığına görə çox sevindiyini bildirib: "Bu yarış ilin ilk startıdır və şadam ki, mənim üçün uğurlu oldu. Təşkilatçılığın da yüksək səviyyədə olduğunu qeyd etmək istərdim. Hər şey sadəcə möhtəşəm idi".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti